Hadrutda yaralanan hərbçimiz şəhid oldu
21 Yan 2021 17:42
702

Hadrutda yaralanan hərbçimiz şəhid oldu

Vətən müharibəsi zamanı yaralanan daha bir hərbi qulluqçumuz şəhid olub.

Yenisabah.az Yenicag.az-a istinadla xəbər verir ki, Füzuli rayonu İkinci Mahmudlu kəndində anadan olan 22 yaşlı çavuş Elşən Qulu oğlu Quluzadə 11 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə başından güllə yarası almışdı.

27 gün komada qaldıqdan sonra ayılan Elşəni, edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb və o, bu gün şəhid olub.

Allah rəhmət eləsin!

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər