İncəsənət məktəblərinə I sinif qəbulu ilə bağlı müddət uzadılıb.
Bu barədə “Yeni Sabah”a Mədəniyyət Nazirliyindən məlumat daxil olub.
Bildirilib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin nəticələri ilə bağlı sənəd qəbulu müddəti uzadılıb. pizza mizza
“Yeni Sabah” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbul olunan namizədlər tələb olunan sənədləri 23 avqust 2026-cı il tarixinədək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.
Nazirlikdən bildirilib ki, müəyyən edilmiş müddət ərzində sənədlərini təqdim etməyən namizədlərin qəbulu təsdiqlənmiş hesab olunmayacaq.
Aytac Əliyeva
Telegram kanalımız