Londonun prestijli bölgəsində Harri Potter franşizasının bir neçə epizodunun çəkildiyi mənzil satılır.
Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, "Harri Potter" filmində bu ev Qara ailənin sağ qalan yeganə üzvü Sirius Blekə məxsus idi və "London, Grimmo, 12" ünvanı vardı.
Əslində, kiçik bir studiya mənzili Londonun Klaremont meydanında yerləşir. Mənzildə yataq otağı, qonaq otağı, mətbəx və hamam var. Evin yaxınlığında Harri Potter və sehrbaz dostlarının Hoqvarts Məktəbinə getdiyi gizli platformadan "King's Cross Station" yerləşir. pizza
“Sehrli” mənzilin qiyməti – 385 min funt sterlinqdir.
Telegram kanalımız