35 dərəcə isti olacaq -   Bazar gününün havası

saytların hazırlanması

Evə çatdırılma

35 dərəcə isti olacaq - Bazar gününün havası

Sosial

15 Avqust 2026 12:25 74


Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dördpendirli pizza

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!