Havanın üzü dəyişir: Bakıda bu saatlara diqqət

saytların hazırlanması

Evə çatdırılma

Havanın üzü dəyişir: Bakıda bu saatlara diqqət

Sosial

05 Sentyabr 2026 12:33 49


Sentyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. pizza mizza

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!