Sabah 35 dərəcə isti olacaq -   PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Sosial

15 Sentyabr 2026 12:30 90


Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dördpendirli pizza

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 22-27° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!