Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olundu

Sosial

29 İyul 2026 13:05 119


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux, Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. pizza mizza

Naxçıvan MR-də narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!