Bakıda hava KƏSKİN DƏYİŞİR -   Bu tarixlərdə ehtiyatlı olun

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hava KƏSKİN DƏYİŞİR - Bu tarixlərdə ehtiyatlı olun

Sosial

26 Avqust 2026 15:35 257


Avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra rayonlarında gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad və Cəbrayılda qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək. pizza hut

Bakıda və Abşeron yarımadasında, həmçinin Goranboy, Naftalan, Culfa və Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlıqları küləyin güclənməsi ilə bağlı risklərin artacağı əraziləri əhatə edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!