Hava kəskin dəyişir: Bu gün Bakıda temperatur belə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişir: Bu gün Bakıda temperatur belə olacaq

Sosial

31 İyul 2025 08:48 54808


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Məlumata əsasən, havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək. Dominos pizza

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rafis
    Ancaq yalan xeber bashliqlari ile piar qazanmaga chalishirsiniz. Aldatmayın!
    9 months ago