“Volkswagen”də böhran dərinləşir - Zavodlarda bağlanma təhlükəsi

saytların hazırlanması

Evə çatdırılma

“Volkswagen”də böhran dərinləşir - Zavodlarda bağlanma təhlükəsi

Avto

29 Oktyabr 2026 17:28 77


Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in maliyyə itkiləri artıb. Çin avtomobillərinin güclənməsi və elektriklə işləyən maşınlara marağın artması şirkətin satışlarına mənfi təsir göstərib.

“Yeni Sabah” xəbər verir ki, “Volkswagen” 2026-cı ilin üçüncü rübündə 5,8 milyard avro zərər etdiyini açıqlayıb. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 75,3 milyard avroya düşüb. Ötən ilin eyni dövründə də şirkət zərərlə üzləşmişdi. Həmin vaxt açıqlanan zərər 1,1 milyard avro təşkil etmişdi.

“Volkswagen”in əməkdaşları ilə bağlı qərarı da gündəmə gəlib. Şirkət 2030-cu ilədək işçilərin maaşlarını artırmayacağını açıqlayıb. Bundan başqa, avtomobil istehsalçısının Almaniyadakı dörd zavodunu bağlamağa hazırlaşdığı barədə xəbərlər yayılıb. Şirkət bu məlumatları təkzib etməyib. Toyuqlu pizza

Dünyanın ən böyük avtomobil bazarı olan Çində rəqabətin sərtləşməsi “Volkswagen” və digər iri istehsalçıların satışlarına təsir göstərir. Tələbatın zəifləməsi avtomobil şirkətlərinin maliyyə itkilərini artırır. “Audi”, “Seat” və “Skoda” kimi markaları da birləşdirən “Volkswagen” qrupu ötən ay illik mənfəətinin 10 milyard avro azala biləcəyi barədə xəbərdarlıq etmişdi. Buna səbəb əsasən Çin bazarında çətinliklərlə üzləşən “Porsche” şirkətindəki payların dəyərinin azalması olub.

Çin istehsalı olan avtomobillər müasir istehsal texnologiyaları və qiymət baxımından əlverişli təklifləri ilə daha çox alıcının marağına səbəb olur.

Qeyd edək ki,  Çin dünya üzrə elektrik avtomobillərinin istehsalının təxminən 75 faizinə sahibdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!