Küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Toyuqlu pizza
Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Həkimlər tərəfindən ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Bildirilib ki, belə hava şəraitində mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmaqdan çəkinmək lazımdır.
Aytac Əliyeva
Telegram kanalımız