XƏBƏRDARLIQ! Havanın temperaturu 5-9° aşağı düşəcək

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ! Havanın temperaturu 5-9° aşağı düşəcək

Sosial

28 Aprel 2023 17:40 3319


Mİlli Hidromeorologiya Xidməti yeni məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 04-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Pepperoni pizza

Qərb küləyi arabir 15-20 m/s, mayın 01-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!