HƏMAS və İsrail atəşkəsə yaxındır - Haniyə

HƏMAS və İsrail atəşkəsə yaxındır - Haniyə

Dünya Veb saytların hazırlanması

21 Noyabr 2023 10:07 591


HƏMAS və İsrail Qəzza zolağında atəşkəsə dair razılığa gəlməyə yaxındır.

Yeisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.

Onun bəyanatında HƏMAS-ın Qətərə və digər vasitəçilərə etibar etdiyi qeyd olunub, lakin təfərrüatlı məlumat verilməyib.

Bundan əvvəl “The Washington Post” İsrail, ABŞ və HƏMAS-ın hərbi əməliyyatlarda 5 günlük fasilə müqabilində Qəzzada saxlanılan bəzi girovların azad edilməsinə imkan yaradan saziş bağlamağa yaxın olduğunu yazmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!