Həmidə Ömərovadan Şəfiqə Məmmədovanın seçkisinə SƏRT ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

Həmidə Ömərovadan Şəfiqə Məmmədovanın seçkisinə SƏRT ETİRAZ

Mədəniyyət

12 Sentyabr 2026 08:51 1800


Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçkidə Xalq artisti Şəfiqə Məmmədova sədr seçilib.

Lakin ona alternativ namizəd olan Xalq artisti Həmidə Ömərova seçkinin düzgün aparılmadığını açıqlayıb. Aktrisa bu barədə APA TV-yə açıqlamasında deyib:

“Müstəqil platformanın seçilən nümayəndəsi kimi gözləyirdim ki, mənə söz verəcəklər. Amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların üzvləri kiminsə namizədliyini irəli sürürsə, onu da dinləmək lazım idi. Amma mən öz fikrimi deyə bilmədim”. Onlayn mağaza

“Sizə söz verilsəydi, nə deyərdiniz?” sualına isə Həmidə Ömərova belə cavab verib:

“Öz platformamı deyəcəkdim. Amma artıq bunun mənası yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!