“Həmkarlarından halallıq istədi“ - Teatr direktoru

saytların hazırlanması

Evə çatdırılma

“Həmkarlarından halallıq istədi“ - Teatr direktoru

Şou

13 Fevral 2023 14:50 779


Mərhum aktrisa Tünzalə Əliyeva ölümündən əvvəl illərlə çalışdığı İrəvan Dövlət Azərbaycan Teatrının kollektivi və direktorundan halallıq istəyib.

Yenisabah.az xəbər verir ki, bu haqda teatrın direktoru İftixar Piriyev danışıb.

O, qonaq olduğu verilişdə aktrisanın xəstə halda belə işə gəldiyini bildirib: pizza hut

“Ömrünün son günlərində, ağır xəstə olanda teatra gəldi. Kollektiv yığılmışdı. Hamımızdan halallıq istədi, dedi, mənə halallıq verin. Halallıq verən də oldu, onun bu sözlərindən məyus olan, ona təsəlli verən də…

Çox hirsləndim, dedim ki, belə sözlər danışma, səninlə qarşıda hələ çox işlər görəcəyik. O isə "Ömür uzanarsa, yenə bərabər çalışarıq, amma mən halallıq istəyirəm", - dedi. Zorla məndən halallıq aldı.

Onsuz da hər şeyin ona halal olduğunu biz vicdanımızla bilirdik. Ömrünün son aylarında daha çox çalışmaq istəyirdi. Deyirdi məni daha çox işlədin. Heç vaxt ona xəstə kimi baxılmasını xoşlamazdı. Üzərinə düşəni atıqlaması ilə yerinə yetirmək istəyirdi. Xəstə vaxtında belə pulunu halallıqla qazanmaq istəyirdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!