Hərbi bileti olmayanlar harda işləyə bilər?   - Azərbaycanda qadağa yox imiş...

saytların hazırlanması

Evə çatdırılma

Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş...

Sosial

23 Fevral 2021 19:59 5486


Vətəninin keşiyində dayanmaq, hərbi xidmət keçmək yetkinlik yaşına çatan hər bir sağlam vətəndaşın borcudur.

Bəzən obyektiv və subyektiv səbəblərdən hərbi xidmətə getməyən şəxslərə süni maneələr yaradılır.

Bu maneə özünü əsasən dövlət orqanlarına işə düzəlmək istəyərkən göstərir. pizza sifarişi

Bəs görəsən Azərbaycan Respublikasının qanunlarına görə, hərbi bileti olmayan şəxslər dövlət orqanında işləyə bilərmi? Yaxud, işə qəbul edilərkən onlardan hərbi bilet tələb edilə bilərmi? Bir sözlə, hərbi xidmətdə olmayanlar harada işləyə bilərlər?

Yenisabah.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında deyir ki, qanunvericilikdə hərbiləşdirilmiş qurumlardan başqa digər orqanlara hərbi xidmət keçməməyə görə işə qəbulu qadağan edən hər hansı müddəa yoxdur:

“Hərbi xidmət keçməməyə görə işə qəbul edilməsindən imtina olunması Əmək Məcəlləsinə ziddir. Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Bu sənədlərdən əlavə hər hansı sənədin tələb edilməsi qanunsuzdur. Əlbəttə işləyə bilərlər. Hərbi xidməti keçməməyin üzrlü səbəbləri var. Bəlkə də bəzi hüquq mühafizə orqanları qadağalar qoyur, ola bilər. Amma dövlət qulluğundan azad olunanlar imtahan verib işə qəbul olunurlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülnar
    Salam oğlumun ayağı ay pəncəlidir əvvəl düz pəncə idi sonradan çevirdi ay pəncəyə bilmək isdiyirəm əsgər aparacaqlar. Bəs aparmasalar vayeni bileti niqodniy olsa hərhansı bir işdə işləmək mümkün olacaqmı
    7 months ago
  • Aynur
    Hərbi bileti yoxdu yoldaşımın niqodnudu heç yerə işə götürmürlər hara müraciyət edr varnni bilet isdniliraxi bu insan işləyə bilməsə necə ailəsini saxlasın ,bune qanundu hər işə hərbi bilet ,yoxdu niqodnudu biz 9lek acından?niyə belə dusncesiž qanunlar var bizdə sonra camaat belə şeylərə görə evindən ailəsindən vətənindən didərgin düşüb başka ölkələrə işləməyə gedrler cavan aillerdí is tapammir deyə gedib yad ölkəyə iş tapır ailəsindən uzada kaş niqodnu olanlarda şans verilsəydi isə müraciətdə hərbi bilet tələbi olmasaydı gözəl olardi
    4 years ago