Hərbi çağırışla bağlı VACİB MƏLUMAT:   Bunu edənlər həbs ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Hərbi çağırışla bağlı VACİB MƏLUMAT: Bunu edənlər həbs ediləcək

Sosial

08 Sentyabr 2026 10:23 262


Hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçıran şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, hər bir vətəndaşın hərbi xidmət keçmək hüququ və vəzifəsi var. Vətəndaşların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi onların müqəddəs borcudur. Marqarita pizza

Kapitan Zəfər Əsgərlinin təqdim etdiyi məlumatda hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmanın hüquqi nəticələri, eləcə də bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri açıqlanıb.

Bildirilib ki, qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə çağırışdan yayınan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Dövlət Xidməti vətəndaşları hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!