“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan

Siyasət

26 Oktyabr 2026 19:29 105


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni, dövlətyönümlü müxalifətin formalaşmasına ehtiyac olduğunu bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, Ermənistanın bir sıra icmalarında keçirilən bələdiyyə seçkilərinin nəticələrini canlı efirdə şərh edərkən bildirib.

Paşinyan bir sıra icmalarda toplanan 80-90 faizdən çox səslərin onu sevindirmədiyini diqqətə çatdırıb: pizza mizza

“İlk baxışda bu nəticələr xoş görünsə də, müəyyən mənfi assosiasiyalar yaradır. Bu gün yeni problemlər ortaya çıxıb. Birincisi, elə etmək lazımdır ki, seçki nəticələri avtoritarizm və diktatura təəssüratı yaratmasın. İkincisi, ictimai nəzarətin obyektiv mexanizminin fəaliyyətini təmin etməkdir. Üçüncüsü isə Ermənistanda yalnız öz seçiciləri və vətəndaşları tərəfindən idarə olunan, dövlətyönümlü, intellektual, obyektiv və dürüst müxalifətin formalaşmasına nail olmaqdır. Bunlar üzərində düşünməli olduğumuz məsələlərdir”.

Xatırladaq ki, ötən gün Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Oktyabrın 24-də isə Artik, Martuni və Yeğeqnadzorda bələdiyyə seçkilərində iştirak edən bir neçə müxalifətçinin saxlanıldığı barədə məlumat verilmişdi./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!