Bu gün Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında görüş keçirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, keçirilən görüşün nəticəsində bəyanat qəbul edilib. pizza sifarişi
Qeyd olunub ki, ölkələr regionda sülh və təhlükəsizlik də daxil olmaqla, dörd regional ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqun davam etdirilməsi barədə razılıq əldə ediblər.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının İrana səfərinin planlaşdırıldığı bildirilsə də, vaxt açıqlanmamışdı./Axar.az
Telegram kanalımız