Oktay Saralın vəzifədən ayrılması Türkiyədə onun əvvəlki təhdidvari açıqlamalarını yenidən gündəmə gətirib
"Yeni Sabah" xəbər verir ki, Oktay Saral oktyabrın 26-da X hesabında baş müşavir vəzifəsindən istefasını təqdim etdiyini yazıb. Halbuki bir gün əvvəl “Vəzifədən alındınızmı?” sualına müsbət cavab vermiş, Ərdoğanın tapşırığı ilə ayrıldığını bildirmişdi.
İndi onun başqalarına ünvanladığı “Suyun isindi” sözləri özünə qaytarılır. Furkan Hərəkatının rəhbəri Alparslan Kuytul Saralın gedişinə istehza ilə reaksiya verib: vaxtilə ona növbəsinin çatacağını deyən siyasətçinin öz növbəsindən xəbərsiz olduğunu söyləyib. Pepperoni pizza
Saralın ən qalmaqallı çıxışlarından biri jurnalist Fatih Altaylı ilə bağlı olmuşdu. 2025-ci il iyunun 21-də o, Altaylıya “Suyun isinməyə başladı” yazmışdı. Jurnalist həmin axşam “prezidenti təhdid” ittihamı ilə saxlanılmış, ertəsi gün həbs edilmişdi. Altaylı sözlərinin təhrif olunduğunu bildirmişdi.
Bu ardıcıllıq Saralın həbs qərarını verdirdiyini sübut etməsə də, onun üslubuna qarşı ciddi etiraz yaratmışdı. Altaylını müdafiə edən Bolu bələdiyyəsinin sədri Tanju Özcana da Saral “Sənin suyun doğulanda isinib” cavabını vermişdi.
Beləliklə, Azərbaycana qarşı açıqlamaları ilə gündəmə gələn Saralın gedişi Türkiyədə köhnə hesabları da açıb. Vəzifə bitib, onun verdiyi güclə deyilən sözlər isə yadda qalıb./Musavat.com
Telegram kanalımız