Bədbəxt hadisənin təfərrüatı: “Dirək gəlinin beyninə dəyib, canını tapşırıb”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bədbəxt hadisənin təfərrüatı: “Dirək gəlinin beyninə dəyib, canını tapşırıb” - VİDEO

Hadisə

26 Oktyabr 2026 21:26 108


Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib.

Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektrik ustası çağırıblar. Usta xətti bərpa etmək məqsədilə dirəyə çıxarkən çürümüş elektrik dirəyi qəfil aşıb və qadının başına dəyib. pizza sifarişi

Mərhumun həyat yoldaşı hadisəni belə təsvir edib:

"Səhər duranda gördüm ki, işıq xəttinin biri yerə düşüb. Gedib elektrik ustası gətirdim. O da dirəyə çıxıb xətti bağlayanda dirək yoldaşımın üstünə aşdı".

Hadisənin baş verdiyi ərazidə yaşayan qonşulardan biri də elektrik dirəyinin çürümüş vəziyyətdə olduğunu bildirib:

"Bu, həmin işıq dirəyidir, çürüyüb. Gəlin də burayla getdiyi yerdə beyninə dəyib, canını tapşırıb. 35 yaşında cavan gəlinin balası yetim qaldı", - deyə qonşu bildirib.

Yaxınları qadını öz avtomobilləri ilə xəstəxanaya çatdırmağa çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!