Mayk Tayson türk serialına çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Mayk Tayson türk serialına çəkiləcək

Dünya

26 Oktyabr 2026 20:29 108


Boks dünyasının əfsanəvi adı, sabiq ağır çəki çempionu Mayk Tayson Türkiyə televiziya məkanında kütləvi maraq doğuracaq addıma imza atır.

“Yeni Sabah” xəbər verir ki, tanınmış jurnalist Birsen Altuntaşın yaydığı eksklüziv məlumata görə, amerikalı əfsanəvi idmançı "Star TV" kanalında nümayiş olunan "Tuzlu Kahve" serialında qonaq aktyor kimi kamera qarşısına keçəcək.

Prodüser Polat Yağcının təşəbbüsü ilə Türkiyəyə gələcək Tayson ekran işində Buğra Gülsoyun canlandırdığı Mehmet karakterinin Amerika Birləşmiş Ştatlarından gələn yaxın dostu rolunu ifa edəcək. Toyuqlu pizza

Dünya şöhrətli ulduzun çəkilişlərdə iştirak etmək üçün yaxın günlərdə İstanbula səfəri planlaşdırılır. Bu addım serialın beynəlxalq auditoriyada da böyük əks-səda doğuracağını göstərir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!