Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi

İdman

26 Oktyabr 2026 20:21 94


Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini məğlub edib. Görüş 2:2 hesabı ilə başa çatsa da, Nihat Məmmədli xalların keyfiyyətinə görə qalib gəlib.

O, sabah qızıl medal uğrunda mübarizə aparacaq. pizza mizza

Yarımfinalda məğlub olan digər təmsilçimiz Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!