Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - FOTOLAR

Siyasət

26 Oktyabr 2026 18:53 86


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı. Toyuqlu pizza

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!