Azərbaycan Respublikası Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin başçılıq etdiyi heyət Daşkənddə səfərdədir. Səfərin əsas qayəsi Özbəkistan Hesablama Palatasının distant audit, rəqəmsallaşma, böyük verilənlərin (Big Data) analitikası və süni intellekt imkanlarının tətbiqi sahəsindəki təcrübəsini mənimsəməkdir.
“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində özbək tərəfi “Məsafədən audit” avtomatlaşdırılmış sistemini təqdim edib. Bildirilib ki, yerli ali audit qurumu 200-dən artıq məlumat bazasına inteqrasiya olunub və 100-ə yaxın risk indikatoru üzrə təhlillər aparır. Həmçinin audit proseslərində süni intellekt texnologiyalarından istifadə etməklə risklərin aşkarlanması mexanizmləri ətrafında fikir mübadiləsi tutulub.
Öz növbəsində Azərbaycan nümayəndə heyəti ölkəmizdə tətbiq edilən Dövlət Auditi İnformasiya Sistemi (DAİS) və auditin rəqəmsallaşdırılması yönündə görülən işlər barədə məlumat verib. Səfər zamanı Özbəkistan Hesablama Palatasının sədrini əvəz edən Mehriddin Abdullayevlə görüş keçirilib, ikitərəfli əməkdaşlıq və rəqəmsal audit üzrə təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub. Dördpendirli pizza
Bundan əlavə, heyət Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi, “UZINFOCOM” MMC və IT Park-da olaraq dövlət sektorunda İT həllərin tətbiqi layihələri ilə yaxından tanış olub.
Telegram kanalımız