Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü H.Cəbrayılov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya aparılıb və əməliyyat olunub. Toyuqlu pizza
Mərhum Pirşağı qəbiristanlığında dəfn olunacaq. Yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.
Qeyd edək ki, H.Cəbrayılov "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də çalışırdı.
Telegram kanalımız