Azərbaycanda neft-qaz və qeyri-neft-qaz sektorları üzrə ÜM-in dinamikası və qeyri-dövlət bölməsinin payına dair 2021–2025-ci illərin statistik göstəriciləri açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) nominal həcmi 129 milyard 94,0 milyon manata çatıb (əvvəlki illə müqayisədə 1,4% artım). Bu dövrdə qeyri-neft-qaz sektoru 2,7% böyüyərək 81 milyard 807,3 milyon manata yüksəldiyi halda, neft-qaz sektoru 1,9% kiçilərək 34 milyard 888,6 milyon manat təşkil edib. Məhsula və idxala xalis vergilər isə 3,3% artımla 12 milyard 398,1 milyon manata çatıb.
Eyni zamanda, ÜDM-də qeyri-dövlət (özəl) bölməsinin ümumi payı 80,5% olub. Özəl sektorun xüsusi çəkisi kənd təsərrüfatında 99,8%, ticarət və nəqliyyat vasitələrinin təmirində 99,6%, tikintidə 90,7%, informasiya və rabitədə 88,2%, sənayedə 86,0%, nəqliyyat və anbar təsərrüfatında 82,7%, digər sahələrdə isə 49,8% səviyyəsində qərarlaşıb. Dominos pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız