Hülya erməni modelə dəstək oldu - Tənqid atəşinə tutuldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hülya erməni modelə dəstək oldu - Tənqid atəşinə tutuldu - Foto

Şou

31 Oktyabr 2019 16:34 1457


Türkiyəli məşhur müğənni Hülya Avşar Erməni model Armine Harutyunyana dəstək olub. Onun bu hərəkəti böyük etiraza səbəb olub.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki,  xəbər verir ki, sənətçi bir müddət hər kəsin danışdığı Gucci `nin reklam üzü olan Armine Harutyunyanı bəyəndiyini dilə gətirib.

23 yaşlı qrafik dizayneri olan Armine Harutyunyan 500 model içərisindən seçilərək, Milano Moda Həftəsindəki Gucci dəfiləsində podiuma çıxıb.

O, Armine üçün ‘son günlərdə ən bəyəndiyim şəxsdir” cümləsini işlədib. Hülya Avşar bildirib ki, hal-hazırda dünyada bütün modellər bir-birinə bənzəyir, o, isə fərqlidir. 

Aktrisanın bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkədə onun ünvanına tənqid və təhqir dolu mesajlar yazılıb. Onu erməni adlandıranlar da olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!