Husilər BƏƏ və Səudiyyə bazalarını hədəfə aldı

saytların hazırlanması

Evə çatdırılma

Husilər BƏƏ və Səudiyyə bazalarını hədəfə aldı

Dünya

24 Yanvar 2022 14:44 551


Yəmənin üsyançı hərəkatı "Ənsarəllah" (husilər) “çoxlu sayda” ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ərazilərinə hücum edib.

Yenisabah.az “Almasirah” telekanalına istinadla xəbər verir ki, bu barədə qiyamçıların silahlı qüvvələrinin rəsmi nümayəndəsi, general Yəhya Sariya məlumat verib.

Onun sözlərinə görə, BƏƏ-də Əd-Dafra Hərbi Hava Qüvvələri bazası (Əbu-Dabidən 30 km cənub-qərb) və paytaxtındakı digər mühüm hədəflər raket hücumlarına məruz qalıb. Sezar pizza

“Bundan əlavə, Dubayda çoxlu sayda “Səməd-3” pilotsuz uçan aparatları tərəfindən həyati əhəmiyyətli qurğular hücuma məruz qalıb”, - deyə Sariya qeyd edib.

O, həmçinin iddia edib ki, PUA və husi raketləri Səudiyyə Ərəbistanının bir neçə hərbi bazasını hədəf alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!