Mayın 5-də saat 23:59-da ali məktəblərə qəbul üçün qeydiyyat başa çatır. Dövlət İmtahan Mərkəzinin səhifəsində yer alan məlumatlar artıq indiyə müzakirələrə səbəb olub.
İlk dəfə I- II ixtisas qruplarına sənəd verən abituriyentlərin sayı III ixtisas qrupuna sənəd verən abituriyentlərin sayını üstələyib.
Humanitar ixtisaslara marağın azalması nə ilə bağlıdır? Ötən il I-II ixtisas qruplarına keçid balı aşağı olduğu üçün abituriyentlər I-II qrupuna axın edirlər, yoxsa Azərbaycanda humanitar elmlər özünün tənəzzülünü yaşayır?
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib:
“Ölkənin inkişaf konsepsiyasına uyğun olaraq, ildən-ilə Azərbaycanda gənclərin dəqiq elmlərə, xüsusən, mühəndis- texnoloji sahəsinə marağı artır. Bu ixtisaslar I qrupda formalaşdığı üçün I-II ixtisas qruplarına daha çox sənəd verilir. Abituriyentlərin az, ya çox bal toplaması gələcək ixtisas sahəsini seçimlərinə təsir edən ciddi amil deyil”. Dominos pizza
Pünhan HƏSƏNOVA
Telegram kanalımız