İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək

Rəsmi

24 İyul 2026 13:33 74


İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişikliyi təsdiqləyib.

Qanun Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb. pizza hut

Dəyişikliklə "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə edilib.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq.

Mövcud dəyişikliklə əlaqəli Prezidentin imzaladığı Fərmana görə, müvafiq "orqan (qurum)" dedikdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Fərmanla nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "İcbari tibbi sığorta" altsistemi yaradılacaq. Altsistemin formalaşdırılması 2027-ci il yanvarın 1-dək təmin edilməlidir.

Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini 3  ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!