İcra başçısı əraziyə baxış keçirdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı əraziyə baxış keçirdi - FOTO

Sosial

28 Mart 2026 21:23 10498


Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, ötən gün səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tabeli idarələri, rayon birlikləri və şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin təxliyyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam etdirilir. pizza sifarişi

Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    VAXTINDA QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLMƏLİ İDİ.
    1 month ago
  • Nazim İsmayilov
    Başçı zabrat mostuna da baxsın
    1 month ago
  • Elnur
    Barmaqlıqlar hər dəfə təmizlənsə yağış yağanda sel basma olmaz
    1 month ago
  • Rahim Aliyev
    HƏR SEL SULARINDAN SONRA, İCRA BAŞÇISININ FƏALİYYƏTSİZLİYİ NƏ GÖRƏ E. ƏZİZOVUN MAAŞI 10 QAT ARTIRILSA, YAXŞİ OLAR. BU. CÜR HALLAR HƏR İL TƏKRARLANSA DA ONLARIN VECİNƏ OLMUR.
    1 month ago
  • Sevda
    İcra bacılarının maaşını 250 minə artırmaq lazımdı....hələ azdı.... Nə zəhmət cəkib cıxıb baxmağa.... Nolub ki.... ((((
    1 month ago
  • Sevda
    İcra bacılarının maaşını 250 minə artırmaq lazımdı....hələ azdı.... Nə zəhmət cəkib cıxıb baxmağa.... Nolub ki.... ((((
    1 month ago