İcra məmurlarının vəzifələri artırıldı

saytların hazırlanması

Evə çatdırılma

İcra məmurlarının vəzifələri artırıldı

Sosial

18 İyun 2020 19:30 1060


İcra məmurlarının vəzifələri artırılıb.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "İcra məmurları haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, icra məmuru tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparacaq. Dördpendirli pizza

Həmçinin icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edəcək.  

Eyni zamanda icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verəcək.

Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edəcək.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!