İctimai nəqliyyatda bank kartı ilə ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

İctimai nəqliyyatda bank kartı ilə ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ

Sosial

04 Sentyabr 2026 08:50 34


Bank kartı ilə ictimai nəqliyyatda ödəniş zamanı bəzi sərnişinlər məhdudiyyətlərlə qarşılaşa bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə BakıKart məlumat yayıb. Bildirilib ki, sözügedən məhdudiyyətlər BakıKart tərəfindən müstəqil şəkildə tətbiq edilmir.

Məhdudiyyət kartın aid olduğu bankın sorğusu əsasında həyata keçirilir. BakıKart isə yalnız bank tərəfindən göndərilən sorğu əsasında müvafiq prosesi icra edir. Pepperoni pizza

Kartla nəqliyyat ödənişi zamanı məhdudiyyətlə qarşılaşan sərnişinlərə kartın aid olduğu bankla əlaqə saxlamaları tövsiyə olunur. Məhdudiyyətin aradan qaldırılması üçün bank tərəfindən BakıKarta müvafiq sorğunun göndərilməsi tələb olunur.

Daha sürətli və rahat keçid üçün sərnişinlər BakıKart-dan istifadə edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!