İftixar Piriyev təhqir etdiyi xanımdan üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

İftixar Piriyev təhqir etdiyi xanımdan üzr istədi

Mədəniyyət

11 Sentyabr 2026 15:21 189


Əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Piriyev 2023-cü ildə aralarında yaranmış gərginliyə görə Mədəniyyət Nazirliyinin əməkdaşı Vəfa Novruzovadan üzr istəyib.

“Yeni Sabah” xəbər verir ki, İ.Piriyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“2023-cü ildə Vəfa xanım Novruzova ilə aramızda yaranmış gərginliyə görə üzrlü hesab etməsini xahiş edirəm! Atası, mərhum rejissorumuz Məmmədkamal müəllimə Tanrıdan rəhmət diləyirəm!”, – deyə İftixar Piriyev yazıb. pizza sifarişi

Qeyd edək ki, 2023-cü ildə Vəfa Novruzova İftixar Piriyevin sosial şəbəkə hesabında onu təhqir etdiyini iddia edərək Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib. O, Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Binəqədi Rayon Məhkəməsində keçirilən proses zamanı İftixar Piriyevlə bağlı icraata xitam verilib. Qərara əsasən, onun iddiada qeyd olunan əməli törətməkdə təqsirli olduğu müəyyən edilsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatdığı üçün iş üzrə icraata xitam verilib.

Xatırladaq ki, İftixar Piriyev bir müddət əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!