İlanı tüfənglə öldürmək istədi -   Beş nəfəri yaraladı

saytların hazırlanması

Evə çatdırılma

İlanı tüfənglə öldürmək istədi - Beş nəfəri yaraladı

Hadisə

31 May 2026 12:05 150


Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb.

"Yeni Sabah" CNNTürk-ə istinadən xəbər verir ki, hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngindən atəş açıb. pizza hut

Səkdirmə güllələri üçü uşaq olmaqla, beş nəfəri yaralayıb. Polis və təcili yardım işçiləri dərhal hadisə yerinə gəlib və bütün yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətinin qənaətbəxş hesab edib.

Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və araşdırma başlayıb. İlanın taleyi məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!