İlham Əliyev yeni qanunu təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev yeni qanunu təsdiqlədi

İqtisadiyyat

20 İyul 2026 15:02 253


Qeyri-rezident təchizatçıların dövlət satınalmalarında icra və avans təminatı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. 

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, xarici hüquqi və fiziki şəxslər müəyyən hallarda satınalma təklifləri ilə birlikdə icra və ya avans təminatı təqdim etmək öhdəliyindən azad edilə bilərlər. Bunun üçün təchizatçı satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcək. Pepperoni pizza

Yeni mexanizmə görə, bir mənbədən satınalma zamanı qeyri-rezident şəxsin həmin təminatları təqdim etməsinin mümkün olmadığı müəyyənləşdirilərsə, satınalan təşkilat aidiyyəti dövlət qurumuna müraciət edəcək.

Müraciətə baxıldıqdan sonra nəzarət orqanının təklifləri əsasında xarici təchizatçının təminatdan azad edilməsi və ya müraciətdən imtina olunması ilə bağlı qərar qəbul ediləcək. Qərar müsbət olduğu halda, növbəti 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet üzrə alış həyata keçirilərsə, yenidən qərar alınmasına ehtiyac olmayacaq.

Bununla yanaşı, Prezident qanunun tətbiqi ilə bağlı əvvəlki fərmana da dəyişiklik edib. Sənədə əsasən, Nazirlər Kabineti üç ay müddətində qeyri-rezident təchizatçıların icra və avans təminatından azad olunması ilə bağlı müraciətlərə baxılması və qərarların verilməsi qaydasını hazırlamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!