İlham Əliyevdən iki nazirlə bağlı SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən iki nazirlə bağlı SƏRƏNCAM

Siyasət

27 Aprel 2024 15:11 1352


Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. 

Yenisabah.az xəbər verir ki, Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!