İlham Məmmədzadə vəzifəsindən istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Məmmədzadə vəzifəsindən istefa verdi

Sosial

03 Avqust 2023 12:33 5733


“Yeni klinika” tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə öz vəzifəsində istefa verib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda İ. Məmmədzadə özü açıqlama yayıb. O, bildirib ki, artıq iyul ayının sonlarından sözügedən tibb müəssisəsində çalışmır: 

“Yeni Klinikanın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım. pizza mizza

Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək Yeni Klinikanın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. 

Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!