Muğam ifaçısı, xanəndə İlkin Dövlətov Avroviziya mahnı müsabiqəsində geyinilən paltarlardan danışıb.
“Yeni Sabah” xəbər verir ki, Lent.az-a müsahibə verən ifaçı bildirib ki, yarışmaya çıxıb kablokla mahnı ifa edəcək biri deyil:
“Geyimlə Fariz bəy maraqlanırdı. Vərəqdə çəkirdi və deyirdi ki, bunu geyinərsən? Çünki bizim xasiyyətimizi bilirdilər. Kişi xarakterində olduğumuzu bilirdilər. Mən ora kablokla çıxıb ifa edəcək biri deyiləm. Güllü çiçəkli gedənlərin də öz işləridir. Bəzi şeylər var ki, sən özün təklif etməlisən. Sən izah etməlisən ki, niyə təklif olunanı geyinmək istəmirsən”. pizza
Telegram kanalımız