İlkin Həsəni də deputatlıq eşqinə düşüb

saytların hazırlanması

Evə çatdırılma

İlkin Həsəni də deputatlıq eşqinə düşüb

Şou

18 Yanvar 2020 11:50 1594


"Mənə bu il o qədər "İnstaqram"da, "Facebook"da yazdılar ki, "siz də öz namizədliyinizi verin". Səmimi deyim ki, bu il parlament seçkilərini yaxından izləyəcəyəm”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "Mtv Azərbaycan"a müsahibəsində, aparıcı-aktyor İlkin Həsəni deyib. Aktyor növbədənkənar parlament seçkilərində iştirak etmək istəyindən də danışıb:

“Səmimi deyim ki, bu il parlament seçkilərini yaxından izləyəcəyəm. İstər şou nümayəndələri, istərsə də sosial şəbəkədə aktiv olanlar namizəddir. Ola bilər ki, 5 ildən sonra namizədliyimi verim. pizza hut

Bu il tamaşaçı, gizlin müşahidəçi kimi prosesləri izləyəcəyəm. 5 il sonra bəlkə də ola bilər. O adamlar seçilirlərsə, ilk növbədə, seçicilərinin səsini ora çatdırmalıdırlar. İkinci növbədə, həmin insanda idarəçilik qabiliyyəti olmalıdır. Mən tanınmışam, gedim. Orada "hə", "yox" düymələrini basmaqla iş bitmir. Səni seçən insanların problemlərini həll etməlisən".

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!