İmran Xanın səhhətində ciddi problemlər yaranıb

saytların hazırlanması

Evə çatdırılma

İmran Xanın səhhətində ciddi problemlər yaranıb

Dünya

14 Fevral 2026 10:11 416


Pakistan həbsdə olan sabiq Baş naziri İmran Xanın sağ gözündə görmə qabiliyyətinin 85 faizini itirdiyi açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bunu onun vəkili Salman Safdar ölkənin Ali Məhkəməsinə təqdim etdiyi hesabatda yazıb.

Vəkilin sözlərinə görə, 73 yaşlı siyasətçinin sağ gözü 85 faiz görmə funksiyasını itirib. Hesabatda qeyd olunub ki, İmran Xan 2025-ci ilin oktyabr ayından bəri davamlı bulanıq və dumanlı görmədən əziyyət çəkir. pizza hut

Pakistanın İnformasiya naziri Attaullah Tarar isə daha əvvəl açıqlamasında İmran Xanın bu ay göz müayinəsi üçün qısa müddətə xəstəxanaya aparıldığını bildirib.

İmran Xanın rəhbərlik etdiyi Pakistan Tehreek-e-İnsaf partiyası məhkəmə qərarının dərhal icra olunmasını və siyasətçinin ixtisaslı həkimlərə maneəsiz çıxışının təmin olunmasını tələb edib.

Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqust ayından korrupsiya ittihamları ilə bağlı 14 illik həbs cəzası çəkir. O, ittihamların siyasi motivli olduğunu iddia etsə də, rəsmi qurumlar bu iddiaları rədd edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!