“İndi hamıya “sənətkar” deyirlər”

saytların hazırlanması

Evə çatdırılma

“İndi hamıya “sənətkar” deyirlər”

Şou

15 Aprel 2025 17:04 299


"İndi hamıya "sənətkar" deyirlər. Bilən də, bilməyən də".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov "Günə bax" verilişində deyib. O, son günlər müzakirə mövzusuna çevrilən "sənətkar" sözünün hamıya şamil edilməsinə etirazını bildirib:

"Bu sözün mənası var. Öz sənətinin peşəkarına "sənətkar" deyərlər. Bəzən tələbə deyir ki, mənim ustadım filankəsdir. Qıcıq yaranır. Ustad 30 yaşında biri də ola bilər. Bir var, hansısa gənc ifaçıya deyəsən, "muğam sənətinin ustadı", bu başqa mənadadır. Ustaqdlarımız var ki, dünyasını dəyişiblər, amma biz yenə də onlardan bəhrələnirik. Muğamla yanaşı, estrada sahəsində də sənətkarlar var. Onlardan bəhrələnib mahnı ifa edirlər. Pepperoni pizza

Sənətkar həm də o davranışı ilə bunu sübut etməlidir. Sənətinə uyğun davranmalıdır"./axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    DÜZ DEYİRSİNİZ. ƏSİL SƏNƏTKAR TELE KANALLARDA AZ GÖRÜKƏR. O ƏLÇATMAZ OLMALIDIR. DİNLƏYİCİLƏR. ONUN HƏSRƏTİNDƏ OLMALIDIRLAR. YOXSA Kİ HANSI KANALI AÇIRSAN EYNİ " müğənnilər" - ı görürsən.
    1 year ago