“İndi ölsəm, həyatdan peşman gedəcəm“   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“İndi ölsəm, həyatdan peşman gedəcəm“ - Əməkdar artist

Şou

21 Yanvar 2021 14:40 1130


"Pandemiyada uşaqlar üstümə düşüb. Hamı etiraz edir. Oğlum xalq təsərrüfatını bitirib. İndi o sahədə işləmək istəmir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Həmin Zaur" proqramında deyib. Müğənni bildirib ki, oğlu məşhur olmaq istəyir:

"Deyir ki, aktyor olacaqdım, qoymadın. O, sənəti sevir. İstəyirdi Moskvaya getsin, universitet oxusun və aktyor olsun. Pandemiyaya görə gedə bilmədi. Yaraşıqlı oğlum var. İndi məşhur olmağa nə var ki...". pizza

Allahverdiyeva həyatından gileylənib:

"İndi ölsəm, bu həyatdan peşman gedəcəm. Özüm üçün yaşamadım, ailəm üçün yaşadım: uşaqlar, valideynlər, bacı, qardaş düşündüm. Ayılanda isə pandemiya başladı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!