İnfantino maliyyə fırıldağında ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

İnfantino maliyyə fırıldağında ittiham olunur

İdman

13 Oktyabr 2026 14:45 91


FIFA prezidenti Canni İnfantino mümkün əlavə ödənişlərlə bağlı yeni tənqidlərə məruz qalıb.

"Yeni Sabah" The Times-a istinadla xəbər verir ki, 2026-cı il dünya çempionatının təşkili üçün yaradılmış, FIFA-ya məxsus "FWC2026 US Inc" şirkətinin vergi hesabatında İnfantinoya 2024-cü ildə 1,76 milyon dollar əlavə ödəniş edildiyi göstərilib.

Bu məbləğ FIFA-nın illik maliyyə hesabatlarında əksini tapmayıb. Dominos pizza

C.İnfantinonun 2024-cü il üçün İsveçrədə bəyan etdiyi rəsmi əməkhaqqı 4,274 milyon İsveçrə frankı, yəni təxminən 3,88 milyon funt sterlinq olub. Əlavə maliyyənin bir hissəsinin FIFA prezidentinin ABŞ-nin Mayami şəhərindəki yaşayış xərclərinin qarşılanmasına yönəldilə biləcəyi də qeyd olunub.

Həmin xərclər arasında “Google” şirkətinin keçmiş baş direktoru Erik Şmidtə məxsus, sahil kənarında yerləşən malikanənin icarəsi də var. Təxminən 20 milyon funt sterlinq dəyərində qiymətləndirilən mülkün aylıq icarə haqqı on minlərlə dollardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!