İnflyasiya Mərkəzi Bankın hədəfinə yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

İnflyasiya Mərkəzi Bankın hədəfinə yaxınlaşır

İqtisadiyyat

21 Sentyabr 2026 11:17 114


Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri İlə bağlı növbəti qərarının vaxtı məlum olub. AMB-nin bu il üçün açıqladığı pul siyasəti təqviminə əsasən, qurumun növbəti addımı sentyabrın 23-də bəlli olacaq.

“Yeni Sabah” xəbər verir ki, İdarə Heyətinin iyulun 31-də gerçəkləşən sonuncu toplanışında faiz dəhlizinin mövcud hədləri olduğu kimi saxlanılmışdı. Hazırda uçot dərəcəsi 6,5%, dəhlizin alt həddi 5,5%, üst həddi isə 7,5% səviyyəsində qərarlaşıb. Öncəki mövqeyə inflyasiya göstəriciləri, valyuta sektorundakı sabitlik və daxili maliyyə mühitindəki meyllər göz önünə alınaraq gəlinmişdi.

Avqust ayının yekunlarına görə, ölkədə illik inflyasiya 5,7% təşkil edib. Bu göstərici requlyatorun müəyyənləşdirdiyi 4±2%-lik hədəf çərçivəsinin tavanına yaxınlaşır. Mövcud mənzərə faiz dərəcələrinin endirilməsi ehtimalını azaldır. Bütün bunlarla yanaşı, bahalaşmanın hədəf diapazonunu keçməməsi faizlərin qaldırılması ehtiyacını da aradan qaldırır. Bu səbəbdən sentyabr görüşündə faiz dərəcələrinin toxunulmaz qalacağı ən real variantlardan biri sayılır. Pepperoni pizza

Baş bankın son qiymətləndirmələrinə əsasən, illik inflyasiyanın 2026-cı ilin yekununda 6,1%, 2027-ci ilin ortasında 6%, həmin ilin sonunda isə 5,8% olacağı proqnozlaşdırılır.

Qurum növbəti addımların bilavasitə inflyasiya gözləntilərindən və ümumi makroiqtisadi göstəricilərin gedişatından asılı olacağını vurğulamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!