İngiltərə-Norveç oyunu təxirə salına bilər

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə-Norveç oyunu təxirə salına bilər

İdman

09 İyul 2026 11:46 60


DÇ-2026-nın 1/4 final mərhələsində İngiltərə-Norveç oyunu təxirə salına bilər.

"Yeni Sabah" xəbər verir ki, iyulun 12-də Mayamidəki “Hard Rock” stadionunda keçirilməsi planlaşdırılan görüşə əlverişsiz hava şəraitinin mane olması mümkündür.

Proqnozlara əsasən, həftəsonu şəhərdə havanın temperaturu 34 dərəcəyədək yüksələcək, habelə güclü göy gurultulu yağış gözlənilir. pizza

Yüksək rütubət səbəbindən matçın startı zamanı hiss olunan temperaturun 43 dərəcəyə çatacağı proqnozlaşdırılır. Buna görə də qarşılaşmanın vaxtının dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir.

Norveç-İngiltərə matçı Bakı vaxtı ilə iyulun 12-də saat 01:00-da başlamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!