İpoteka ilə ev alanlara SEVİNDİRİCİ XƏBƏR - Borc tam ödənilmədikdə... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İpoteka ilə ev alanlara SEVİNDİRİCİ XƏBƏR - Borc tam ödənilmədikdə... - VİDEO

Sosial

17 Mart 2024 10:35 1194


Bəzi hallarda ipoteka krediti borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Yenisabah.az xəbər verir ki, dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq.

Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır. Pepperoni pizza

Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.

Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtia edə biləcək.

Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!