İran: ABŞ atəşkəsi pozdu

saytların hazırlanması

Evə çatdırılma

İran: ABŞ atəşkəsi pozdu

Dünya

06 İyun 2026 23:23 116


İran Xarici İşlər Nazirliyi ABŞ-nin ötən gecə Sirik rayonu və Qeşm adasına həyata keçirdiyi hücumu kəskin şəkildə pisləyib.

"Yeni Sabah" xəbər verir ki, nazirliyin açıqlamasında bu addımın 8 aprel tarixində əldə olunmuş atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirildiyi vurğulanıb.

Bəyanatda bildirilib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri özünümüdafiə hüququndan istifadə edərək sözügedən hücuma adekvat və təsirli cavab verib, nəticədə hücumun məqsədlərinin reallaşmasının qarşısı alınıb. Pepperoni pizza

Sənəddə qeyd edilib ki, ABŞ tərəfindən atəşkəs rejiminin yenidən pozulması Vaşinqtonun gərginliyin azaldılması və bölgədə sabitliyin bərpası istiqamətində real niyyətə malik olmadığını nümayiş etdirir. Həmçinin vurğulanıb ki, ABŞ-nin bu cür addımları regional təhlükəsizliyə ciddi təhdid yaradır və baş verə biləcək gərginliyin bütün nəticələrinə görə məsuliyyət ABŞ administrasiyasının üzərinə düşür.

İran Xarici İşlər Nazirliyi region dövlətlərini mehriban qonşuluq prinsiplərinə sadiq qalmağa və öz ərazilərinin, eləcə də imkanlarının İran əleyhinə yönəlmiş hərbi əməliyyatlarda istifadəsinə şərait yaratmamağa çağırıb.

Açıqlamanın sonunda BMT-nin Baş katibi, Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar ABŞ-nin atəşkəsi pozması və qanunsuz addımlarına qarşı təxirəsalınmaz və effektiv tədbirlər görməyə dəvət olunub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!