İran-ABŞ danışıqları təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

İran-ABŞ danışıqları təxirə salındı

Siyasət

01 May 2025 19:50 297


"İran və ABŞ arasında dolayı danışıqların davam etdirilməsi nümayəndə heyətlərinin planlarının uyğunsuzluğu səbəbindən təxirə salınıb".

Yenisabah.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr Əl-Busaidi sosial şəbəkə hesabında yazıb.

Məlumatda deyilir: "Logistikanı götür-qoy edərək, ABŞ və İran arasında əvvəlcə mayın 3-nə planlaşdırılan görüşün vaxtını yenidən nəzərdən keçirdik". Toyuqlu pizza

XİN rəhbərinin sözlərinə görə, yeni tarix hər iki tərəf onu razılaşdırdıqdan sonra açıqlanacaq.

Xatırladaq ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb. Oman danışıqlarda vasitəçi kimi çıxış edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!